“Maşın bazarı”nda 4 mağaza yanıb

18:41 13.04.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı şəhərinin Xətai rayonu, Babək prospektində yerləşən “Maşın bazarı” adlanan ərazidə baş vermiş yanğın nəticəsində ümumi sahəsi 400 kv.m. olan bir dam altında tikilmiş 32 ədəd müxtəlif təyinatlı mağazalardan 4 ədədi 48 kv.m. sahədə yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat verib.

Qeyd olunub ki, digər mağazalar yanğından mühafizə olunub.

Oxunma sayı 58