Maşın piyadanı vurub öldürdü

10:55 27.07.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gəncədə 29 yaşlı oğlanı avtomobil vuraraq öldürüb.

APA-nın yerli bürosunun məlumatına görə, 1993-cü il təvəllüdlü İzzət Həsənov idarəetdiyi "Naz Lifan 320" markalı avtomobillə Atabəylər küçəsində yerləşən "Şahzadə" marketin qarşısında 1994-cü il təvəllüdlü Rəşad Namazovu vurub.

Piyada xəstəxanaya çatdırılsa da, həkimlərin səyinə baxmayaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.