Maşın yolu keçən gənci vurdu

09:59 17.03.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

 

Hafta.az “Report”a istinadən xəbər verir ki, hadisə paytaxtın Xətai rayonunda qeydə alınıb.

 

Belə ki, 1996-cı il təvəllüdlü Abışov Nadir Məhəmməd oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub.

 

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya yerləşdirilib.

 

Ona bel-omba nahiyəsinin əziyi diaqnozu qoyulub.

 

Faktla bağlı araşdırma aparılır.