Mask Zukerberqi buna cəlb etməyə çalışdı

12:57 22.08.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"xAI" süni intellekt startapının sahibi İlon Mask "Meta" korporasiyasının həmtəsisçisi Mark Zukerberqə "ChatGPT" çatbotunu yaradan ABŞ-nin "OpenAI" şirkətinin alınmasına birgə investisiya qoymağı təklif edib.

Hafta.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məhkəmə sənədinə istinadən məlumat yayıb.

Bildirilib ki, Mask Zukerberqdən "xAI" sahibinin "OpenAI"ı almağı təklif etdiyi sövdələşmənin 97.4 milyard dollarlıq hissəsini maliyyələşdirməsini istəyib. Bu barədə məlumat məhkəmə sənədlərində göstərilir. "OpenAI" "Meta"dan Zukerberqin şirkətinin Maskla qarşılıqlı əlaqəsi haqqında məlumatları dərc etməyi tələb edib.

Qeyd olunur ki, "OpenAI"ı almaq və Zukerberqi buna cəlb etmək cəhdləri Maskın şirkətinin xeyriyyəçilik missiyasına xəyanətdə ittiham etdiyi "ChatGPT" tərtibatçılarına qarşı hüquqi iddialarının uyğunsuzluğunu göstərə bilər.