Mediasiyanın tətbiq dairəsi nələrlə məhdudlaşır? - CAVAB

16:28 15.04.2022 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Qanunun tələbinə görə mediasiya mülki mübahisələrdə, inzibati mübahisələrdə, ailə, əmək və kommersiya mübahisələrində tətbiq edilir. Bu kateqoriyadan yalnız əmək, ailə, kommersiya mübahisələri üzrə isə ilkin mediasiya sessiyasının keçirilməsi məcburidir.

Bu fikirləri hafta.az-a Mediasiya Şurası İdarə Heyətinin üzvü və İntizam Komissiyasının sədri Sima Yaqubova deyib:

"Yəni, əmək, ailə, kommersiya mübahisələri üzrə isə ilkin mediasiya sessiyası keçirilmədən məhkəməyə müraciət etmək mümkün deyil. Həmin 3 kateqoriya üzrə tərəflər ilk öncə ilkin mediasiya sessiyasından keçməlidirlər, onalr arasında barışığın əldə olunması mümkün olmadıqda mübahisə məhkəmənin icraatına qəbul edilə bilər. Mediasiya prosesində mübahisənin tərəfləri ilə yanaşı həm də, vəkillər, nümayəndələr, tərcüməçilər, ekspert və mütəxəssislər, mediasiya təşkilatının əməkdaşları, habelə tərəflərin razılığı ilə mediasiya prosesində iştirak edən digər şəxslər."