Beynəlxalq Avtomobil Yarışları Federasiyasının (FIA) bu gün Parisdə keçirilmiş iclasında, təşkilatın sədri postuna Birləşmiş Ərəb Əmirliklərindən olan 60 yaşlı Məhəmməd Ben Sulayem seçilib.
Hafta.az-ın yazdığına görə, cənab Sulayem bu postda 12 illlik sədrliyi sona çatan Jan Todtu əvəz edəcək.
Bu arada, Türkiyə Avtomobil Yarışları Federasiyasının (TOSFED) fəxri sədri olan Serkan Yazıcı da Beynəlxalq Motosklet Yarışları Şurasının sədri seçilib. O, seçkidən sonrakı çıxışı zamanı göstərilən etimada görə hər kəsə təşəkkür edərək, cənab Sulayemi də ən xoş sözlərlə tərifləyib. Bildirib ki, BƏƏ-dən olan Məhəmməd Ben Sulayem bir neçə namizəd arasından böyük fərqlə səs toplayaraq sədr seçilib və bu onun halal haqqıdır. "Onun bu postda oturduğu müddətdə çox uğurlu işlər görəcəyinə inanıram.