Məktəbli formasının tikilməsinə başlanılıb

18:37 13.08.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Bakı Tikiş Evində məktəbli formasının tikilməsinə başlanılıb. Hazırda proses davam edir. Bunu hafta.az-a açıqlamasında Bakı Tikiş Evinin (BTE) satış şöbəsinin müdiri Etibar Əzimov bildirib.

Onun sözlərinə görə, hazırda BTE-nin məktəbli formalarının satışı ilə məşğul olan mağazaları da fəaliyyətdədir: “Biz 10 gündür ki, formaların tikilməsinə başlamışıq. Mağazalarımızda da hazır məktəbli formaları var. Biz də yenilərini tikdikcə satış mərkəzlərimizə göndəririk. Hazırda məktəbli forması almaq üçün tək-tək gələn valideynlər var. Amma say elə də çox deyil”.