Məktəblılərin qış tətili başa çatıb

09:21 01.02.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ümumi təhsil müəssisələrində qış tətili başa çatıb.

Hafta.az xəbər verir ki, yanvarın 27-dən ümumi təhsil müəssisələrində 2022-2023-cü tədris ili üzrə qış tətili başlayıb. Qış tətili 27-31 yanvar tarixlərini (5 gün) əhatə edib.

Tətildən sonrakı ilk dərs günü bu gündür.

Qeyd edək ki, bu qərar ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil edilib.