Məleykə Abbaszadə: Bu il 11-ci siniflərin imtahan nəticələri yüksək olub

11:08 18.05.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu il 11-ci siniflərin imtahan nəticələri yüksək oldu, orta bal Azərbaycan dili fənnindən 9 bal artıb.

APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin direktorlar şurasının sədri Məleykə Abbaszadə deyib.

 "Bu artım riyaziyyat fənnində də var, 5-6 bal, təqribi. Hesab edirik ki, bu çox yaxşı nəticədir", - o əlavə edib.

DİM sədri gələn il daha yaxşı nəticələrin olacağına inandığını bildirib.

Oxunma sayı 70