Mənşəyi bilinməyən 209 kq heyvan cəmdəyi aşkarlanıb

12:59 07.05.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən keçirilmiş birgə əməliyyat tədbiri zamanı Salyan rayonu ərazisində Biləsuvar rayon Bəydili kənd sakini Əzizli Seymur Teymur oğluna məxsus Mercedes E220 99-EN-804 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə baxış keçirilib.

AQTA-dan hafta.az-a verilən məlumata görə, baxış zamanı avtomobilin yük yerində baytarlıq baxışından keçməmiş və antisanitar şəraitdə daşınan, ümumi çəkisi 209 kq iki baş mənşəyi məlum olmayan heyvan cəmdəyi aşkar olunub. Heyvan cəmdəklərindən nümunələr götürülərək, ekspertizanın keçirilməsi üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına göndərilib. Faktla bağlı araşdırma davam etdirilir.

Oxunma sayı 396