"Barselona" futbol klubunun kapitanı Lionel Messi və vəkilləri İspaniyanın "El Mundo" nəşrini məhkəməyə verəcək.
Hafta.az xəbər verir ki, futbolçunun hüquqşunasları hazırda bununla məşğuldular və onun müqaviləsinə çıxışı olan klub nümayəndələrinin bura qatılması üzərində işləyirlər.
İspaniya mətbuatının argentinalıya yaxın şəxslərə istinadla məlumatına görə, Messi mövcüd duruma görə təəssüf hiss keçirir və məyusdur. O, həm də əmindir ki, bu məlumatların sızmasını klubdan kimsə edib. Klub və Messi "El Mundo"nu şəxsi müqavilə detallarının açıq paylaşmasına görə məhkəməyə verəcəklər.
Qeyd edək ki, "El Mundo" nəşri bu gün Lionel Messinin müqaviləsinin detallarını paylaşıb. Müqavilə 2017-ci ilin noyabrında "Barselona"nın prezidenti Josep Maria Bartomeu tərəfindən imzalanıb.