Yazını böyüt
Yazını kiçilt
Argentina millisinin kapitanı Lionel Messinin cəza müddəti bitir.
Ulduz futbolçu gələn aydan yığmanın formasını geyinə biləcək.
Belə ki, noyabrın 2-dən etibarən 3 aylıq diskvalifikasiyası bitəcək Leo gələn ay baş tutacaq yoldaşlıq görüşlərində oynaya biləcək. Çünki məşqçilər korpusu "Barselona"nın liderini noyabrın 15-də Braziliya, 19-da isə Uruqvaya qarşı yoldaşlıq görüşünə kapitanı dəvət etməyi planlaşdırır.
Qeyd edək ki, Cənubi Amerikanın Futbol Federasiyasını (KONMEBOL) və hakimləri sərt şəkildə tənqid etdiyi üçün cəzalandırılmışdı.