Milli Kitabxanada sərgi açılıb

17:00 18.04.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Aprelin 18-də tarixi abidələrin qorunması, milli-mədəni irsin təbliği məqsədilə Milli Kitabxanada “18 aprel – Tarixi Abidələrin Mühafizəsi Günü”nə həsr edilmiş virtual və ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.

Kitabxanadan hafta.az-a bildirilib ki, sərgilərdə müxtəlif dövrlərə aid tarixi və memarlıq abidələri, o cümlədən ermənilər tərəfindən dağıdılmış, saxtalaşdırılmış və adları dəyişdirilmiş abidələr haqqında Azərbaycan dilində və xarici dillərdə nəşr olunmuş materiallar nümayiş etdirilir.