Milli Məclis Aparatında islahatlar istisna deyil - Səfa Mirzəyev

12:59 05.03.2020 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

"Milli Məclisdə şöbələrin ləğvi ilə bağlı hansısa bir qərar qəbul edilməyib. Ancaq biz bu barədə fikirləşirik”.

Hafta.az xəbər verir ki, bu fikirləri Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev deyib.

O, Milli Məclis Aparatında islahatlar aparılacağını istisna etməyib.

"Milli Məclisdə baxılmamış bir çox qanun layihəsi qalır".Səfa Mirzəyev deyib.

S.Mirzəyevin sözlərinə görə, yəqin ki, ilk iclaslarda ilk növbədə o sənədlər müzakirəyə çıxarılacaq: “Gözləyirik ki, qanunverici orqanın subyektlərinə yeni qanunlar gələcək. Ölkədə keçirilən sosial-iqtisadi islahatlarla əlaqədar mövcud qanunlara dəyişikliklər qəbul olunacaq”.

Milli Məclisin yaz sessiyası qanunvericiliyə uyğun olaraq, mayın 31-i başa çatacaq.  

Səfa Mirzəyev deyib. Mirzəyev qeyd edib ki, əgər lazım olarsa, növbədənkənar iclaslar keçiriləcək: “Bu təcrübə Milli Məclisdə var”.