Yazını böyüt
Yazını kiçilt
Sumqayıt şəhərinin 2-ci mikrorayon ərazisində “Milli ön” ödəmə terminallarının birindən qapının qıfılını sındırmaq yolu ilə oğurluğa cəhd göstərilib. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az–a məlumat verilib.
Belə ki, Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Abşeron rayon sakinləri H. Quluzadə və F. Məmmədov müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.