Millimiz Belarusa qalib gəldi

22:29 02.06.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Futbol üzrə Azərbaycan milli komandası növbəti yoldaşlıq oyununu keçirib.

 

Hafta.az xəbər verir ki, Canni De Byazinin baş məşqçi olduğu kollektiv Minskdə Belarus yığması ilə üz-üzə gəlib.

 

"Dimamo" Milli Olimpiya Stadionundakı qarşılaşma Azərbaycan yığmasının 2:1 hesablı qələbəsi ilə başa çatıb.

İlk hissə qolsuz bərabərliklə yekunlaşıb. Meydan sahiblərinin heyətində Maksim Skaviş 56-cı dəqiqədə hesabı açıb. Qoldan sonra Azərbaycan millisi oyuna nəzərat etməyə başlayıb. 73-cü dəqiqədə Bədavi Hüseynov tarazlığı bərpa edib. 90+1-ci dəqiqədə isə Ramil Şeydayev qələbə qolunu vurub.

 

 

Qeyd edək ki, Azərbaycan millisi daha əvvəl yoldaşlıq matçında Türkiyəyə 1:2 hesabı ilə uduzub. Komanda iyunun 6-da Kişineuda Moldova ilə üz-üzə gələcək.