Millimiz Moldovaya uduzdu

22:23 06.06.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün milli komandamız təlim-məşq toplanışı çərçivəsində sonuncu - 3-cü yoldaşlıq oyununu keçirib.

Hafta.az xəbər verir ki, Canni De Byazinin komandası səfərdə Moldova yığması ilə qarşılaşıb.

Kişinyovdakı "Zimbru" stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 1:0.

 
Maraq üçün qeyd edək ki, Modova yığmasına "Neftçi"nin sabiq baş məşqçisi, De Byazinin həmyerlisi olan (İtaliya) Roberto Bordin başçılıq edir

Bundan əvvəl Türkiyə yığmasına 1:2 hesabı ilə uduzan millimiz eyni hesabla Belarusa qalib gəlib.

6 iyun

Yoldaşlıq oyunu

Moldova - Azərbaycan - 1:0
Qol:
 Damaşkan, 9
Baş hakim: Marian Aleksandr (Rumıniya)
Kişinyov, "Zimbru" stadionu