Yazını böyüt
Yazını kiçilt
Azərbaycan millisi bu gün yoldaşlıq oyunu keçirib.
Hafta.az xəbər verir ki, Canni De Byazinin baş məşqçi olduğu kollektiv Bakıda Qətər yığması ilə qarşılaşıb. Bakı Olimpiya Stadionunda oynanılacaq görüş 2:2 hesabı ilə başa çatıb.
Qeyd edək ki, Qətər millisi 2022-ci il dünya çempionatının seçmə mərhələsinin A qrupunda müsabiqədənkənar iştirak edirdi.
Beynəlxalq yoldaşlıq oyunu
14 noyabr
Azərbaycan - Qətər - 2:2
Qollar: Almoez, 23 (0:1), Emin Mahmudov, 37 (1:1), 68 (2:1), Almoez, 78 (2:2)
Hakimlər: Donatas Rumşas, Aleksandr Radius, Dovidas Sujiedelis (hamısı Litva)
Dördüncü hakim: Elçin Məsiyev
Bakı Olimpiya Stadionu.