Mixail Qusman işdən ÇIXARILDI

23:06 24.07.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Mixail Qusman TASS-ın baş direktorunun birinci müavini vəzifəsindən azad edilib.

Hafta.az xəbər verir ki, bu barədə Rusiyanın baş naziri Mixail Mişustin sərəncam imzalayıb.

Qeyd edək ki, 75 yaşlı Mixail Qusman 30 ilə yaxın TASS strukturlarında işləyib.

2000-ci ildən "Güc formulu" teleserialının müəllifi və aparıcısı olan Mixail Rusiyanın əməkdar mədəniyyət işçisi (2001) və əməkdar jurnalistidir.