Yazını böyüt
Yazını kiçilt
Moldovanın energetika naziri Viktor Parlikov deyib ki, “Birləşmə Moldovanın Avropa İttifaqına inteqrasiyası vasitəsilə baş verəcək. Daha sonra infrastruktur, gömrük və dövriyyə kimi maneələr aradan qaldırılacaq.
Hafta.az-ın Psnews.ro portalına istinadən yazdığına görə, nazir deyib ki, insanların gündəlik həyatından bu maneələr aradan qalxdıqdan sonra siyasi və inzibati birləşməyə nail olmaq daha asan olacaq.
İki ölkə vətəndaşları arasında sərhədin silinməsinə diqqət yetirməli olduqlarını izah edən Parlikov deyib: “Hökumətlərarası əməkdaşlığı ümumi sahənin bir hissəsinə çevirək. Söhbət nəqliyyat, telekommunikasiya, energetikadan gedir və bundan sonra siyasi birlik məsələsi Kişinyov və Buxarestdə tamam başqa rəng alacaq”.