Moldovanın Baş naziri Heydər Əliyevin məzarını ziyarət edib

15:11 10.10.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda rəsmi səfərdə olan Moldova Respublikasının Baş naziri xanım Nataliya Qavrilitsa oktyabrın 10-da Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib.

Hafta.az xəbər verir ki, Nataliya Qavrilitsa ulu öndər Heydər Əliyevin məzarı önünə əklil və gül dəstəsi qoyub.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Siyasət rubrikasından digər xəbərlər