Müasir tələblərə cavab verən binada mənzillə təmin olunduğumuza görə Sizə dərin təşəkkür edirik - Gəncə şəhər sakinləri Prezidentə yazırlar

18:32 10.06.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Hörmətli cənab Prezident.

Yaşadığımız Şahlar Hüseynov 13a ünvanındakı binada 2018-ci ilin noyabr ayında qaz sızması nəticəsində partlayış baş vermişdi. Yararsız vəziyyətə düşən həmin tikilinin yerində Sizin göstərişinizlə yeni bina inşa edildi. Artıq işlər yekunlaşıb və yeni binada sakinlərin rahatlığı üçün bütün imkanlar yaradılıb.

Biz əvvəlkindən daha geniş və daha müasir təmirli mənzillərə köçürüldük. Bununla yanaşı, binamızda istilik sistemi quraşdırılıb və digər zəruri işlər görülüb.

Cənab Prezident, müasir tələblərə cavab verən binada mənzillə təmin olunduğumuza görə Sizə dərin təşəkkür edirik. Hər zaman Sizin diqqət və qayğınızı hiss edirik. Bir daha minnətdarlığımızı bildirərək, Sizə gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq.

Hörmətlə,

Əlişanova Yelena Mərdalı qızı

Mustafayeva Pərvin Mayıl qızı

Pirqulu Pərvanə Qəzənfər qızı

Əmirli Elşən Xəqani oğlu

Əliyev Mətləb Abbasəli oğlu.

Azərbaycan Respublikası, Gəncə şəhəri”.