Mühacirlərin ruslara qarşı törətdiyi cinayətlərin sayı artıb

10:49 17.05.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrikin ölkədəki bəzi mühacirlərin “rusları aşağılamaq üçün” qrup hücumları həyata keçirdiklərini bildirib.

Hafta.az-ın yazdığına görə, ölkədə yeniyetmələr, eləcə də mühacirlər tərəfindən törədilən cinayətlərin çoxaldığını bildirən ədliyyə məmuru yeniyetmələrin zorakılığa məruz qoyduqları şəxsləri alçaltmağa meylinin artdığını deyib.

Mühacirlər tərəfindən törədilən cinayətlərin də artdığını qeyd edən Bastrikin, bu cinayətlərin bəzilərinin kütləvi şəkildə “rusları aşağılamaq üçün” edildiyini bildirib.

Rəsmi onu da bildirib ki, mühacirlərin çoxu rus dili və rus mədəniyyətini öyrənmək istəmir, öz adət-ənənələrinə əməl etməklə rus adət-ənənələrinə qarşı çıxırlar.

Siyasət rubrikasından digər xəbərlər