Yazını böyüt
Yazını kiçilt
Çeçenistan rəhbəri Ramazan Kadırovun Ukraynaya müharibəyə göndərdiyi 18 yaşına çatmamış üç oğlu atalarına ukraynalı məhbusu hədiyyə ediblər.
Hafta.az-ın yazdığına görə, Əhməd, Əli və Adəm Kadırovlar Rusiya Müdafiə Nazirliyinin Qərb-Axmat batalyonunun tərkibində keçirilən xüsusi əməliyyatda iştirak edərkən zərərsizləşdirdikləri Ukrayna Silahlı Qüvvələrinin əsir götürdükləri üç əsgəri ataları Ramazan Kadırova təqdim ediblər.
"Biz əsirlərə ənənəvi çeçen yeməyi - gilniş yedizdirdik. Tezliklə onlar normal insanlar kimi yaşamağı öyrənəcəklər", - deyə Ramazan Kadırov övladlarını təbrik edib.