Yazını böyüt
Yazını kiçilt
Xaçmaz rayonunun Nabran kəndində yerləşən istirahət mərkəzində yanğın olub.
Hafta.az xəbər veri ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, Xaçmaz rayonunun Nabran kəndində istirahət mərkəzinin ərazisində bir dam altında tikilən, ümumi sahəsi 100 m² olan birmərtəbəli, müxtəlif təyinatlı tikilinin (mətbəx, ofis və çamaşırxana kimi fəaliyyət göstərir) yanar konstruksiyaları yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.