Naxçıvanın sabiq daxili işlər nazirinin həbsi rəsmən təsdiqlənib

11:51 09.03.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Baş Prokurorluq Naxçıvanın sabiq daxili işlər naziri, general-leytenant Əhməd Əhmədovun həbs edildiyini təsdiqləyib.

Hafta.az-ın məlumatına görə, Ə.Əhmədovun təqsirləndirildiyi cinayət işi üzrə Naxçıvan Muxtar Respublikasının prokurorluğunda hazırda intensiv istintaq hərəkətləri həyata keçirilir.

Qeyd edək ki, Ə.Əhmədovun mənimsəmədə təqsirləndirilərək məhkəmənin qərarı ilə həbs edildiyi bildirilir.

Ə. Əhmədov 2017-ci ildə tutduğu vəzifədən azad edilib.