Yazını böyüt
Yazını kiçilt
"Şagirdlərin sinifdə saxlanmasının xüsusi meyarları mövcuddur".
Hafta.az xəbər verir ki, bunu təhsil naziri Ceyhun Bayramov deyib.
O qeyd edib ki, orta təhsil səviyyəsində şagirdin il ərzində 4 və daha çox fəndən müvəfəqqiyyətsizliyi varsa, osinifdə saxlanılır:
"Bu, 4 fəndən az olarsa, yay istirahəti ərzində həmin şagirdlərin bilikləri yenidən qiymətləndirilir və sinifə bərpa edilir. 4000 şagirdin sinifdə saxlanması o deməkdir ki, həmin şagirdlər kifayət qədər çox fəndən proqramı mənimsəyə bilməyiblər. Yaxud üzrsüz səbəblərdən dərslərdə iştirak etməyiblər".