Nazir dünya çempionu Aydın Süleymanlı ilə görüşdü - FOTO

14:46 16.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Təhsil naziri Ceyhun Bayramov Hindistanın Mumbay şəhərində keçirilən şahmat üzrə dünya çempionatında 14 yaşlılar arasında qalib olan Bakı şəhəri 249 nömrəli tam orta məktəbin IX sinif şagirdi Aydın Süleymanlı ilə görüşüb.

Ceyhun Bayramov Aydın Süleymanlını qazandığı uğur münasibətilə təbrik edərək bu nailiyyətin ölkəmiz üçün qürurverici olduğunu bildirib.