Neftçala sakini özünü asdı

10:29 24.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Neftçalada intihar hadisəsi baş verib. Yerli KİV-lərin məlumatına görə, hadisə Cəngan kəndində qeydə alınıb.

Kənd sakini, 1999-cu il təvəllüdlü Cəfərov İmamməddin Qulam oğlu yaşadığı həyətdəki yarımtikilidə özünü asaraq intihar edib.

İntiharın səbəbi hələ məlum deyil. Faktla bağlı araşdırma aparılır.