Yazını böyüt
Yazını kiçilt
Paytaxtın Nərimanov və Binəqədi rayonlarında oğurluqla məşğul olan şəxslər yaxalanıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a bildiriblər ki, sentyabrın 18-nə keçən gecə Binəqədi rayonunun Goradil bağlar sahəsindəki evlərin birindən 4495 manat dəyərində elektrik naqili və 2 ədəd su mühərriki oğurlamaqda şübhəli bilinən Saatlı rayon sakini Ş.Əhmədov rayon polis idarəsinin 43-cü polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb.
Sentyabrın 12-də Bakı şəhər sakini T.Nadirovanın içərisində 690 manat və 2 ədəd bankomat kartı olan pulqabısını oğurlamaqda şübhəli bilinən paytaxt sakini Ə.Nəcəfov isə Nərimanov Rayon Polis İdarəsinin 16-cı polis bölməsi əməkdaşları tərəfindən tutulub.