İsrailin baş naziri Benyamin Netanyahu cümə günü Şərqi Qüdsün Ramot yəhudi məhəlləsində avtobus dayanacağına hücumdan sonra təcili iclaslar keçirib. O, hadisəni terror aktı adlandırıb, hadisə yerində təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə göstəriş verib və terrorçunun evini möhürləyib sökməyi əmr edib, İsrail baş nazirinin ofisi bildirib.
"Baş nazir Benyamin Netanyahu bu gün günortadan sonra Qüdsdəki terror aktının təfərrüatları ilə bağlı mütəmadi olaraq xəbərlər aldı. O, hadisə ərazisində yerləşən polis bölmələrini gücləndirməyi və terrorçunun çevrəsini dərhal araşdırıb həbs etməyi əmr etdi. ”, - mesajda deyilir.
"Baş nazir Netanyahu terrorçunun evinin möhürlənməsi və sökülməsi üçün təcili tədbirlər görməyə qərar verib", - ofis əlavə edib.
Avtobus dayanacağı hadisəsi cümə günü Şərqi Qüdsdə baş verib. Hadisə nəticəsində biri altı yaşlı uşaq olmaqla 2 nəfər ölüb, daha 4 nəfər yaralanıb. İsrail polisi hücumun bir versiyasını nəzərdən keçirdiklərini bildirib, avtomobilin sürücüsü yerindəcə zərərsizləşdirilib.