“Nizami” stansiyası təmir ediləcək

15:14 11.08.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Bakı Metropoliteni" QSC-nin “Nizami” stansiyasında platformanın tavanında gücləndirmə tədbirlərinə başlanılıb.

“Bakı Metropoliteni” QSC-dən hafta.az-a verilən məlumata görə, stansiya ağır hidrogeoloji şəraitdə yerləşdiyindən stansiya infrastrukturu müntəzəm nəzarət altında saxlanılır.

Texnoloji proseslərin dövrü qulluq və təmir tələbinə uyğun olaraq, görülən işlər çərçivəsində tavan örtüyü sökülərək, müvəqqəti işıqlanma sistemi qurulub. Tunel geyimi müvafiq qaydada korroziyadan təmizlənəcək, axıntılar ləğv olunacaq. Daha sonra korroziya əleyhinə boya maddəsi ilə rənglənəcək, suaxarlar quraşdırılacaq. Bütün texnoloji tədbirlər başa çatdıqdan sonra stansiyanın tavan örtüyü yenisi ilə əvəzlənməklə işıqlanma sistemi bərpa olunacaq.