Növbəti Ümrə ziyarətinin tarixi açıqlanıb

13:27 14.04.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycandan növbəti Ümrə ziyarətinin tarixi açıqlanıb.

Hafta.az trend-ə istinadən xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin Xarici əlaqələr şöbəsinin müdiri Vüsal Cahangiri deyib ki, növbəti Ümrə ziyarəti may ayının 5-nə planlaşdırılıb.

Onun sözlərinə görə, hazırda Ümrə ziyarəti üçün sənədlərin toplanması davam edir.

Qeyd edək ki, mayın 5-nə nəzərdə tutulan Ümrə ziyarəti üçün qiymət 1600 dollar təşkil edir.