Ölkə ərazisində 2 gün ictimai nəqliyyat işləməyəcək

09:00 24.04.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gündən aprelin 26-sı saat 06:00-dək bütün ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.

Hafta.az-ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti qadağan edilib.

Bununla əlaqədar 24 aprel saat 00:00-dan 26 aprel saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat fəaliyyət göstərməyəcək.

Qeyd edək ki, Bakı metropolitenində də sərnişindaşıma dayandırılıb.