“Ölkədə kölgə məhsul və ya xidmət istehsal olunur” – Komitə sədri

10:15 19.06.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Qazaxıstan Senatının Maliyyə və Büdcə Komitəsinin sədri Sultanbek Makejanov ölkəyə gələn əmək miqrantlarından söz açıb.

Hafta.az-ın yazdığına görə, o, əmək miqrantlarının sayı ilə bağlı məlumatlarda uyğunsuzluq olduğunu deyib.

“Kölgə iqtisadiyyatından danışırıqsa, o zaman Ali Hesablama Palatasının auditinin nəticələrinə görə, kölgə iqtisadiyyatı ilə bağlı gəlirlər baxımından dolayı büdcə itkiləri 74 milyard təngə təşkil edib. Məsələn, Qazaxıstan yaxınlığında yerləşən üç Mərkəzi Asiya ölkəsinin vətəndaşları üç il ərzində ölkəmizdə 136 milyard təngə qazanıblar. Amma Milli Bankın məlumatına görə, həmin dövr ərzində onlar vətənlərinə təxminən 1 trilyon təngə köçürüblər. Bu rəqəmlər birbaşa sübutdur ki, ölkədə kölgə məhsul və ya xidmət istehsal olunur”, - senator qeyd edib.

Onun fikrincə, belə riskləri azaltmaq üçün kölgə iqtisadiyyatının qiymətləndirilməsi üsullarını və vergi güzəştlərinin effektivliyinin monitorinqi yollarını diqqətlə nəzərdən keçirmək lazımdır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi məlumatlarına əsasən, Qazaxıstana əmək miqrantlarını “ixrac edən” əsas ölkələr bunlardır: Çindən 5054 nəfər, Özbəkistandan 1926 nəfər, Türkiyədən 1079 nəfər, Hindistandan 1078 nəfər və sair.