Ölkədə repetitor xidməti və tədris kurslarının fəaliyyəti dayandırılır

16:53 08.12.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ölkədə repetitor xidməti və tədris kurslarının fəaliyyəti dayandırılır.

Hafta.az-ın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında 2020-ci il dekabrın 14-dən xüsusi karantin rejiminin sərtləşdirilməsi haqqında” qərarında yer alıb. 

Qərara əsasən, 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək ölkə ərazisində repetitor xidməti və tədris kurslarının fəaliyyətinə icazə verilmir.