Ölkədə son sutkada koronavirusla bağlı aparılan testlərin sayı açıqlanıb

22:30 30.08.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda son 24 saatda koronavirusla bağlı daha 6 137 nəfər test edilib.

TƏBİB-dən hafta.az-a verilən məlumata görə, indiyədək  ölkədə 917 027  nəfər koronavirusa qarşı test edilib.

Qeyd edək ki, indiyədək ölkəmizdə 36 309  nəfər virusa yoluxub, 531  nəfər  ölüb, 33 703  nəfər isə sağalıb. Son sutka ərzində 127  nəfərin müalicəsi başa çatdığı üçün evə buraxılıb. Hazırda müalicəsi davam edən xəstələrin sayı  2 075  nəfərdir.

Məlumata görə, hazırda reanimasiyada 138  nəfər müalicə alır, 14 nəfər isə süni tənəffüs cihazına qoşulub.

Sosial rubrikasından digər xəbərlər