Ölkəmizə gələn qadın sərnişinlər aeroportda çiçəklərlə qarşılanıb

20:27 08.03.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ölkəmizə gələn qadın sərnişinlər 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə çiçəklərlə qarşılanıb.

Bu barədə hafta.az-a Dövlət Gömrük Komitəsinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən məlumat verilib.

Məlumatda bildirilib ki, 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Dövlət Gömrük Xidmətinin əməkdaşları ölkəmizə gələn qadın sərnişinlərə Heydər Əliyev Beynəlxalq Aeroportunda xüsusi diqqət göstərərək, çiçəklər təqdim ediblər.

Qadınlar bu nəcib təşəbbüsə görə Komitənin əməkdaşlarına minnətdarlıqlarını bildiriblər.