Ombudsman Novella Cəfəroğlunu təltif etdi

16:37 03.03.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri, hüquq müdafiəçisi Novella Cəfəroğlunu 80 illik yubileyi münasibətilə təbrik edib.

Ombudsman Aparatından hafta.az-a bildirilib ki, Ombudsman ölkəmizdə insan hüquqlarının müdafiəsi, vətəndaş cəmiyyətinin inkişafı istiqamətində fəal iştirakına görə N.Cəfəroğluna təşəkkürünü bildirib, ona fəxri fərman təqdim edib.