Ombudsmana yeni səlahiyyətlər verilib

12:42 18.10.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ombudsmana yeni səlahiyyətlər verilib.

Hafta.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” qanunun layihəsində əksini tapıb.

Layihəyə əsasən, Müvəkkil bu zaman texniki vasitələrdən istifadə etməklə foto, audio və video qeydiyyatını aparmaq hüququna malik olacaq.

Eyni zamanda sənəddə bildirilib ki, müvəkkil informasiya əldə etmək hüququnun pozulmasına dair şikayətə baxarkən informasiya sahiblərindən zəruri məlumatları (sənədləri, materialları) və ya onların surətlərini tələb edə biləcək. Həmin məlumatlar (sənədlər, materiallar) 5 iş günü müddətində Müvəkkilə təqdim edilməlidir.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

 

Siyasət rubrikasından digər xəbərlər