Onların əməkhaqlarına müddətli əlavənin vaxtı UZADILDI

15:16 18.07.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin vaxtı uzadılıb.

Hafta.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Dəyişikliklə COVID-19-la mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti 2025-ci il oktyabrın 1-dək uzadılıb.