Ötən ay 25 aptekdə yoxlama aparılıb

16:41 03.04.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Analitik Ekspertiza Mərkəzi 01.03.2023-31.03.2023-ci il tarixləri ərzində aptek təşkilatlarında keçirilmiş yoxlamaların nəticəsi haqqında məlumatı açıqlayıb.

Mərkəzdən hafta.az-a verilən məlumata görə, Bakı şəhəri üzrə 24, digər rayonlar üzrə 1 aptek olmaqla, ümumilikdə 25 aptekdə planlı və plandan kənar yoxlamalar həyata keçirilib.

 

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müxtəlif maddələri üzrə 10 protokol tərtib edilib.