Ötən gün 30 minə yaxın şəxs peyvənd olunub

17:46 19.05.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda son sutkada 28635 nəfərə koronavirus (COVID-19) əleyhinə peyvənd vurulub.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan hafta.az-a verilən məlumata görə, birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 11633 nəfər, ikinci mərhələdə vaksinasiyadan keçənlərin sayı 17002 nəfərdir.

 

Ölkədə 18 yanvar 2021-ci ildən indiyədək ümumilikdə 186292 nəfərə COVID-19 əlyehinə vaksin vurulub. Onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1054414 nəfər, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 808878 nəfərdir.