Ötən gün ölkədə 25 yanğın olub, 1 nəfər yanıb - VİDEO

13:26 26.04.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ötən sutka ərzində ölkə ərazisində 25 yanğın olub və 4 nəfər xilas edilib.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 25 yanğına çıxış və 4 halda köməksiz vəziyyətdə qalma faktları üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. Ümumilikdə, ötən sutka ərzində 3-ü azyaşlı olmaqla 7 nəfər xilas edilib, 1 nəfər yanıq xəsarəti alıb.