Özbəkistanda 18 uşaq SARS dərmanı qəbul etdiyi üçün ölüb

18:27 27.12.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Özbəkistan Səhiyyə Nazirliyi Hindistanın Marion Biotech şirkətinin dərmanının 18 uşağın ölümünə səbəb olduğunu bildirib. Ekspertizanın nəticələrini təsdiqləyən hüquq-mühafizə orqanlarına göndərilib.

Bildirilir ki, bir həftə əvvəl Hindistanın "Marion Biotech" şirkətinin istehsalı olan SARS-dan "Doc-1 Max" şərbəti və həblərinin müayinəsinə başlanılıb və bundan sonra 18 uşağın öldüyü iddia edilir.
Səhiyyə Nazirliyi qeyd edib ki, hazırda respublikanın bütün apteklərində bu preparatın həb və şərbətləri satışdan çıxarılıb.

Nazirlik açıqlamasında onu da bildirib ki, laboratoriya müayinələri nəticəsində preparatın tərkibində zəhərli maddə olan etilen qlikol aşkar edilib.

Qambiya və İndoneziyada 5 yaşdan kiçik 200-dən çox uşağın etilen qlikolun da olduğu aşkarlanan bu dərmanı qəbul etdikdən sonra öldüyü bildirilir.