Pakistan ordusu Əfqanıstanı dronla vurdu: iki azyaşlı qız öldü

09:15 17.05.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Pakistan ordusu Əfqanıstan həmsərhəd bölgələrindən birində yerləşən kəndə hava hücumu həyata keçirib.

Hafta.az-ın yazdığına görə, hücum mayın 16-na keçən gecə Əfqanıstan - Pakistan sərhəd xəttində, Xost vilayətinin Mandozay rayonunda baş verib.

Bu arada, adıçəkilən bölgə Pakistan sərhədindən təxminən 20 kilometr aralıda yerləşir.

Pakistan ordusunun həyata keçirdiyi hücumda Pakistan Talibanına bağlı qrupların liderlərindən birinin evinin hədəf alındığı, sözügedən şəxsin hücumda zərər çəkmədiyi, lakin nəticədə iki kiçik qızın öldüyü qeyd edilib. Tərəflər məsələ ilə bağlı rəsmi açıqlama verməyiblər.

Həyatını itirən uşaqların görüntüləri isə sosial mediada yayımlanıb.

Əfqanıstanın qəbilə bölgələrində Pakistanın hücumlarından qaçan bir çox mülki vətəndaşın həmsərhəd ərazilərdə yaşadığı məlumdur.

Xatırladaq ki, ötən gün də Pakistan ordusu Vəziristanda TTP-yə bağlı bir şəxsin evini vuraraq 4 qızı öldürmüşdü.

Siyasət rubrikasından digər xəbərlər