Pakistanda helikopter qəzası - 5 nəfər həlak olub

12:05 01.09.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Pakistan hökumətinə məxsus helikopter ölkənin şimalında qəzaya uğrayıb. Helikopterin göyərtəsində olan beş nəfərin hamısı həlak olub.

Hafta.az xəbər verir ki, bu barədə Pakistan mediası məlumat yayıb.

Dyamer bölgəsindəki yüksəkrütbəli polis zabiti Əbdül Həmidin AFP agentliyinə bildirdiyinə görə, helikopter dağlıq turizm bölgəsində yeni təklif olunan meydançaya sınaq enişi həyata keçirərkən yerə düşüb. O əlavə edib ki, həlak olanların arasında iki pilot və üç texniki işçi var.