Yazını böyüt
Yazını kiçilt
Dubayda keçirilən parakarate üzrə dünya çempionatına Azərbaycan idmançıları uğurla başlayıblar.
Azərbaycan Milli Karate Federasiyasının mətbuat xidmətindən hafta.az-a bildiriblər ki, komanda üzvlərindən ikisi dünya çempionatında üçüncü yeri tutub. Belə ki, Emiliya Mitilinova və Eldar Əhmədov mundialın bürünc medalına layiq görülüblər.
Qeyd edək ki, Azərbaycan çempionata 5 parakarateçi ilə qatılıb.