Paris-2024: Azərbaycan avarçəkəni yarışı 17-ci sırada bitirib

12:17 03.08.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü Diana Dımçenko Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti dəfə çıxış edib.

"Report"un turnirə ezam olunmuş əməkdaşı xəbər verir ki, C finalında mübarizə aparan idmançımız 2000 metr məsafəyə fərdi yarışda qüvvəsini sınayıb.

O, ümum məsafəni məsafəni 7 dəqiqə 35,19 saniyəyə qət edərək 17-ci yerlə kifayətlənib.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.