Yazını böyüt
Yazını kiçilt
Parisdə keçirilən Yay Olimpiya Oyunlarında bədii gimnastika üzrə final yarışları başa çatıb.
Hafta.az xəbər verir ki, Azərbaycan millisi (Zeynəb Hümmətova, Darya Sorokina, Ləman Əlimuradova, Güllü Ağalarzadə və Yelizaveta Luzan) əvvəlcə halqalarla, daha sonra 3 lent və 2 topla bacarığını göstərib.
Komanda bu hərəkətlərə əsasən hakimlər tərəfindən 66.450 xalla qiymətləndirilib və yekunda 5-ci pilləni tutub. Bu isə Azərbaycan gimnastika tarixində ən yüksək nəticədir.